6.JPG
10 may 2023

Şuşada “Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir. Bu gün səhər saatlarından başlayaraq müxtəlif təqdimatlar, sərgilər, tamaşalar təqdim edilib, qala-konsert olub.

 

Festival çərçivəsində növbəti konsert Mehmandarovların malikanə kompleksində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ümummilli Lider Heydər Əliyev - sevimli mahnılar” adlı konsert proqramı olub. Konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirilib. Konsert zamanı respublikanın tanınmış ifaçıları tərəfindən “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “ Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnı və rəqs nümunələri səsləndirilib.

 

Konsert proqramı maraqla qarşılanıb.


FOTO