5.jpg
21 iyun 2023

VI Beynəlxalq Musiqi Festivalında “Muraaqam” təqdim edildi

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 20-də M.Maqomayev adına Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında təşkil olunub.

 

"Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər.

 

Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub.

 

Konsertsən əvvəl AZƏRTAC-a müsahibə verən Xalq artisti Səkinə İsmayılova bu layihənin bir neçə illərin layihəsi olduğunu qeyd edib. O deyib: “Biz bu layihə ilə Hindistanın bir neçə şəhərində birgə çıxış etmişik. Bu gün isə öz ölkəmizdə tamaşaçılar qarşısına birgə çıxırıq. Burada Hindistan musiqiçiləri ilə yanaşı, bizim musiqimizin əsası olan muğamlarımızdan "Rast"ın üzərində qurulan bir kompozisiya təqdim edirik. Onlar Raqa, biz isə muğam ifa edəcəyik. Ümumilikdə bu, ənənəvi musiqi sintezi olacaq. Burada mənimlə birgə ifaçı kimi iştirak edən solist Vasumati Badrinathan xüsusi həssaslığı ilə seçilən çoxistiqamətli ifaçıdır. Cənubi Hindistan klassik musiqi ifaçısı Vasumathi öz oxuma üslubunda ənənə və müasirliyin gözəl vəhdətini yaradır. O, Avropa və Asiya, Sakit Okean hövzəsi ölkələrində qastrol səfərlərində çoxsaylı konsertlər verib".

 

Xatırladaq ki, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun 25-dək davam edəcək.


FOTO