1 iyun 2009

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram tədbiri keçirilib

Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir. 

 

Şəhərdəki sağlamlıq imkanları mıhdud olan uşaqların xüsusi internat məktəbinin və ərazidə yerləşən məktəbəqədər tərbiyə müəssislərinin uşaqlarının da iştirak etdiyi mərasimdə balacalar istedad və bacarıqlarını nümayiş etdirmişlər.

 

Heydər Əliyev Fondu tərəfindən mərasim iştirakçıları üşün bayram süfrəsi açılmış, 200 nəfər uşağa hədiyyələr təqdim edilmişdir.