3 edit.JPG
29 oktyabr 2009

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməli qoyulub

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmişlər. 

 

Dövlətimizin başçısına məlumat verildi ki, Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikintisi üçün 560 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Məktəb ikimərtəbəli olacaq. Smeta dəyəri 650 min manat olan binanın tikinti altı sahəsi 400 kvadratmetrdir. Bədii yaradıcılıq məktəbində sinif, müəllimlər, dərnək, direktor otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün zal nəzərdə tutulmuşdur. Tikintinin 2010-cu ildə başa çatdırılması planlaşdırılır.

 

Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökdü.

 

Mehriban xanım Əliyeva da bünövrəyə beton qarışığı tökdü.

 

İnşaatçılara tapşırıq və tövsiyələrini verən dövlətimizin başçısı onlara uğurlar arzuladı.


FOTO