30 dekabr 2009

Heydər Əliyev Fondu Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün Yeni il şənliyi təşkil edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli məktəbdə və xüsusi internat məktəblərində “Uşaq ili” çərçivəsində sonuncu tədbir olan Yeni il şənliyi keçirilmişdir.


Bayram süfrəsi arxasında keçirilən mərasimdə iştirak edən rayonun rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri, Şaxta baba, Qar qız və musiqiçilər Yeni ilin sevincini uşaqlarla birgə yaşamışlar.

 

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov valideyn himayəsindən məhrum olan uşaqları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, onlara Heydər Əliyev Fondu adından bayram hədiyyələri vermişdir.