01_HEYDAR ALIYEV FONDU-SHAMAXI-YENI AVTOBUSLAR.JPG
28 dekabr 2009

Heydər Əliyev Fondu Yeni il ərəfəsində Şamaxı sakinlərinin bir sıra sosial problemlərini həll edib

Özünün gündəlik fəaliyyətində sosial məsələləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu Yeni il ərəfəsində Şamaxı sakinlərini bir neçə hədiyyə ilə sevindirmişdir.

 

Rayonun dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin fəaliyyətini yaxşılaşdırmaqla bağlı əhalinin müraciətlərinə əsasən, Fondun təşəbbüsü ilə dekabrın 28-də şamaxılılara 4 sərnişin avtobusu bağışlanmışdır.

 

Yeni avtobusların təqdimat mərasimində çıxış edən rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi diqqət və qayğıdan, insanların istək və arzularına həssas münasibətindən danışmışlar.

 

Diqqətə çatdırılmışdır ki, ölkəmizin hər yerində olduğu kimi, Şamaxıda da sürətli quruculuq işləri həyata keçirilir və insanların həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni müəssisələr istifadəyə verilir.

 

Sakinlər demişlər ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda bir sıra məktəblərin binaları əsaslı təmir edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur.

 

Sonra “İsuzu” və “Hyunday” markalı avtobusların açarları təntənəli surətdə sürücülərə təqdim edilmişdir.

 

Mərasimdə diqqətə çatdırılmışdır ki, yeni avtobusların işləyəcəyi Şamaxının Quşçu, Pirqulu kəndləri, Sabir qəsəbəsi və şəhərarası marşrutlarda əhalinin rahat gediş-gəlişi təmin ediləcəkdir.


FOTO