03_HEYDAR ALIYEV FONDU-ABSHERON-INTERNAT EVI.JPG
28 dekabr 2009

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli internat evində Yeni il şənliyi təşkil edilib

Dekabrın 28-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli internat evində Yeni il süfrəsi açılmış və uşaqlara bayram hədiyyələri təqdim edilmişdir. 

 

Bayramqabağı görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə internat evinə 2 idman trenajoru, 2 televizor və 1 ədəd kondisioner bağışlanmışdır.

 

Budəfəki görüş internat kollektivinin nəqliyyat probleminə də son qoymuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə “Uşaq evləri və internat məktəbinin inkişafı Proqramı” çərçivəsində internat evinə “İSUZU Boqdan” markalı 25 yerlik avtobus bağışlanmışdır. Əlil arabalarına uyğunlaşdırılmış avtobus bayramlar ərəfəsində 140 uşağın təlim-tərbiyə aldığı internat evinin kollektivi üçün ən qiymətli hədiyyə olmuşdur.

 

Məktəbli avtobusunun texniki xüsusiyyətləri nümayiş olunmuşdur. Bildirilmişdir ki, şagirdlərin təhlükəsiz daşınmasında bu nəqliyyat vasitəsinin xüsusi əhəmiyyəti vardır.

 

Məktəbin kollektivi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyirxah işlərini yüksək qiymətləndirmiş, diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildirmişlər.


FOTO