9 dekabr 2008

Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirib

Heydər Əliyev Fondu müsəlman dünyasının müqəddəs Qurban bayramı münasibətilə Əzizbəyov rayonunda xeyriyyə tədbirləri keçirmişdir.

 

Bayram münasibətilə Əzizbəyov rayonunun bütün qəsəbələrində İkinci Dünya, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələri, tənha və kimsəsizlərə, internat evlərinə, aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır.

 

Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nunvə İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından bayram münasibətilə qurbanlar kəsilərək Əzizbəyov rayonunun bütün qəsəbələrinə paylanmışdır. Ümumilkdə 1500 aztəminatlı ailəyə bayram payı göndərilmişdir. Xüsusi qayğıya ehtiyacı olan insanlara 2 tondan çox qurban əti paylanılmışdır.

 

Mərdəkanda təşkil olunmuş mərasimdə Əzizbəyov rayonu icra hakimiyyətinin başçısı Gülağa İslamov sakinləri müqəddəs bayram münasibərilə təbrik etmiş və demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva aztəminatlı ailələrə, ehtiyacı olanlara daim yüksək diqqət və qayğı ilə yanaşırlar. Rayonun sakinləri belə müqəddəs bayramda onları yaddan çıxarmadığı üçün Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişlər.