001.JPG
29 dekabr 2007

Heydər Əliyev Fondu kimsəsiz, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu dekabrın 29-da “Gülüstan” sarayında Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan, valideyn himayəsindən məhrum olan, eləcə də qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün şənlik keçirmişdir.

 

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərini əks etdirən film göstərildi.

 

Bayram şənliyi aktyorların ustalıqla yaratdıqları nağıl qəhrəmanlarının igidliyi, kloun və sehrbazların şən və heyrətləndirici çıxışları, uşaqların da qoşulduğu oynaq rəqslərlə yadda qaldı.

 

İncəsənət ustalarının, özfəaliyyət kollektivlərinin sürprizləri bayram mərasiminə xüsusi təravət gətirdi.

 

Uşaqlar onların şərəfinə açılmış bol bayram süfrəsindən razı qaldılar, saraydan şeir, mahnı müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə, şənlikdən aldıqları unudulmaz təəssüratla ayrıldılar.

 

Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edildi.


FOTO