010.jpg
15 iyun 2006

Binə məscidi Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa edilib

Azərbaycan Prezidenti əsrin əvvəllərində inşa edilmiş və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa işləri artıq başa çatdırılmış Binə məscidi ilə də tanış oldu.


Məscidin axundu Prezident İlham Əliyevə müqəddəs Qurani-Kərim təqdim etdi.

 

Prezident İlham Əliyev burada görülmüş işləri yüksək qiymətləndirərək dedi ki, məscidin memarlığı da çox gözəldir. Vaxtilə də gözəl tikilibdir. Həm işıqlıdır, həm də gözəl arxitekturası var, hündürdür. Bütün parametrlər dəqiqdir. Çox ağılla tikilib. İndi biz buna yeni həyat veririk. Bizdən sonrakılar da bunu yenidən təmir edəcəklər.

 

Mehriban xanım Əliyeva Prezidentə müraciətlə dedi ki, məscid Azərbaycanın tarixi abidələri siyahısına salınıbdır. Ona görə də, Sizin icazənizlə, bu barədə sənədi məscidin axunduna təqdim etmək istəyirəm. Səlim Müslüm məscidi artıq tarixi abidə kimi dövlət tərəfindən qorunur.

 

Prezident İlham Əliyev vurğuladı ki, indi məscid artıq qanuni şəkildə tarixi abidədir.

 

Din xadimləri dinimizə, müqəddəs ibadətgahlarımıza göstərilən diqqət və qayğıya görə dövlət başçısına və xanımına razılıqlarını bildirdilər, onlara xalqımızın firavanlığı, vətənimizin çiçəklənməsi, tərəqqisi naminə ən xoş arzularını yetirdilər, ulu öndər Heydər Əliyevin ruhuna dua etdilər.


FOTO