27 dekabr 2012

Qaradağ rayonunun Lökbatan qəsəbəsində əlil, kimsəsiz uşaqlar və aztəminatlı ailələri üçün bayram şənliyi keçirilib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət sarayının əlil, kimsəsiz uşaqlar və aztəminatlı ailələri üçün bayram şənliyi keçirilib.


Şənlik Heydər Əliyev Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunub.


Şənlikdə Şaxta baba, Qar qız, mədəniyyət sarayının “Günəş” rəqs kollektivi, illiyonistlər və klounlar çıxış ediblər.


Tədbirdə Heydər Əliyev Fondu tərəfindən uşaqlara hədiyyələr paylanılıb.