18 mart 2013

Xəzər rayonunun doqquz qəsəbəsində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunun 9 qəsəbəsində yaşayan əlillərə, şəhid ailələrinə, müharibə iştirakçılarına və digər aztəminatlı şəxslərə Novruz bayramı münasibətilə 7 min pay-sovqat paylanılıb.


Bayram sovqatında yağ, düyü, un, makaron və digər ərzaq məhsulları var.