3 avqust 2013

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İzmirdə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün İzmir şəhərində iftar süfrəsi təşkil edib.


Tədbirdə tələbələrlə yanaşı, İzmirdəki nüfuzlu universitetlərin müəllimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Azərbaycan diasporunun təmsilçiləri də iştirak ediblər.


Çıxış edənlər tələbələrin iftar süfrəsi arxasında bir yerə toplanmasını milli-mənəvi dəyərlərimizə, təhsilə və gənclərə daim böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun növbəti nəcib təşəbbüsü kimi qiymətləndiriblər.


Mərasimdə Fondun Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi genişmiqyaslı layihələrin əhəmiyyəti qeyd edilib.