file1336123000199.jpg
20 aprel 2012

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarest şəhərində uşaq evinə yardım edilib

Heydər Əliyev Fondunun dəstəyi ilə, Pasxa bayramı münasibəti ilə, aprelin 20-də Buxarest şəhərinin ikinci sektorunun ərazisində yerləşən "Luminitsa" adlı, əqli inkişafı qüsurlu olan uşaqlar üçün xüsusi təyinatlı uşaq evinə humanitar yardım edilmişdir.


Tədbirdə Buxarest şəhərinin ikinci sektorunun Sosial Yardım və Uşaq Müdafiəsi idarəsinin direktoru cənab Sorin Manole, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları iştirak etmişdirlər. Humanitar yardım uşaq evinin rəhbərliyi tərəfindən əvvəlcədən təqdim edilmiş siyahı üzrə həyata keçirilmişdir. Bu siyahıya qida məhsulları, televizorlar, kompyuterlər, geyim, uşaq oyunları, Pasxa bayramına uyğun olan şirniyyatlar, məktəb ləvazimatları daxil olmuşdur.


Uşaq evinin direktoru xanım Florika Taraşenie və ikinci sektorun Sosial Yardım və Uşaq Müdafiəsi idarəsinin direktoru cənab Sorin Manole, uşaqlar və onların yaxınları adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişlər.


Tədbir yüksək səviyyədə keçmişdir.



FOTO