14199494644864922415_750x500.jpg
30 dekabr 2014

Heydər Əliyev Fondu “Buta” sarayında uşaqlar üçün ənənəvi bayram şənliyi keçirib

Heydər Əliyev Fondu “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənlikləri keçirib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 30-da keçirilmiş şənlikdə iştirak ediblər.

 

Bayram şənliklərinə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər dəvət olunublar. Şənlikdə iştirak edən uşaqların “Buta” sarayına gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılıb.

 

Bayram şənliyi ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

 

Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib.

 

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.

 

Üç gün davam edən bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edib.


FOTO

VİDEO