1.JPG
20 mart 2019

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib

Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub.

 

Bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb.

 

Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyiblər.

 

Müəssisənin sakinləri onlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Tədbir bədii hissə ilə davam edib.


FOTO

Paylaş: