15 mart 2005

Heydər Əliyev Fondu Qaradağ rayonunun Lökbatan qəsəbəsinə su kəməri çəkir

Heydər Əliyev Fondu bir sıra rayonlarda infrastruktur şəbəkələrinin yenidənqurulması istiqamətində işlər həyata keçirir.


Qeyd olunan istiqamət üzrə Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 minə yaxın əhalinin yaşadığı əraziyə su təminatı üçün Bakı-Astara yolunun 14-cü kilometrliyindən başlayaraq uzunluğu 8 km-ə qədər olan su kəməri çəkilir və yaxın günlərdə istifadəyə veriləcəkdir.