Heydər Əliyev Fondu öz ənənəsinə sadiq qalaraq Ramazan bayramında da uşaq evlərində və internat məktəblərində tərbiyə alan yetim və valideyn himayəsindən məhrum olan uşaqları sevindirmişdir.
Noyabrın 4-də Heydər Əliyev Fondunun nümayəndələri Bakının Əzizbəyov rayonunda yerləşən bir sıra internat evlərində və məktəblərində olmuşlar. Sonra uşaqlar üçün bayram süfrəsi açılmışdır. Şənlikdə uşaqlar öz məharətlərini, bilik və bacarıqlarını nümayiş etdirmiş, şeirlər söyləmişlər.
Uşaq evlərində və internat məktəblərində çalışan müəllimlər qayğıya, nəvazişə ehtiyacları olan uşaqları yada saldıqlarına, onlara böyük sevinc bəxş etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər.