8 dekabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ucarda Şahmat məktəbi tikilir

Ucarın Heydər Əliyev küçəsində Şahmat məktəbi üçün yeni binanın inşasına başlanılıb. Rayonun şahmatsevərləri üçün gözəl hədiyyə olacaq Şahmat məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilir.


Bina ikimərtəbəli olacaqdır. Hazırda birinci mərtəbədə daş-hörgü işləri aparılır. Burada şahmatın öyrədilməsi, müxtəlif səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılacaqdır.

 

Şahmat məktəbi üçün yeni binanın gələn ilin may ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.


Paylaş: