8 yanvar 2014

Göyçay şəhərində şahmat məktəbi əsaslı təmir edilib

Göyçay Rayon Şahmat Məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb.


Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binasında əsaslı təmir və yenidənqurma işlərinə keçən il başlanılmışdı. Ötən müddətdə binanın mansart tipli ikinci mərtəbəsi tikilib və məktəbin ümumi sahəsi 600 kvadratmetrə çatdırılıb.


Əsaslı təmir və yenidənqurma işlərindən sonra məktəbdə 10 dərs otağı, 300 və 100 nəfərlik iki yarış zalı və yardımçı otaqlar mövcuddur.