16 dekabr 2014

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə futzal turniri keçirilib

Krılatskoyedəki “Dinamo” idman sarayında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Xarici İşlər Nazirliyinin Nijni Novqoroddakı nümayəndəliyinin dəstəyi ilə futzal üzrə millətlərarası turnir keçirilib.


İdman sarayının foyesində Nijni Novqorod rəssamlarının əsərlərindən ibarət “Dünyanın mənzərəsi. Rusiya-Azərbaycan” adlı sərgi açılıb. Sərgidə Bakıya, Xəzər dənizinə, Azərbaycan rəvayətlərinə və əfsanələrinə həsr edilmiş impressionist qraffiti əsərləri, həmçinin ipəkçilik məhsulları və silsilə rəsmlər nümayiş etdirilib.


İdman sarayının foyesində son 10 ildə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görmüş, Azərbaycanın mədəni irsinə və tarixinə aid nəşrlər sərgilənib, Fondun fəaliyyəti haqqında film nümayiş olunub.