14219979694464442104_750x500.jpg
22 yanvar 2015

Davosda “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimatı olub

Yanvarın 22-də Davosda “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasimi çərçivəsində həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində Avropa Oyunları ilə əlaqədar reklam lövhələri vurulub.

 

Mərasimə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri də qatılıblar.

 

Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı 2015”ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan sərgidə 20-dən çox heykəltəraşın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənir.

 

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletləri də təqdim edilib.

 

Prezident İlham Əliyev mərasimdə çıxış edib.


Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də çıxışından sonra mərasim iştirakçıları “Bakı 2015”ə həsr olunmuş filmə baxıblar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işlərindən və digər tədbirlərdən danışılır.


FOTO

Paylaş: