003.JPG
2 sentyabr 2008

Olimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülüblər

Olimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülmüşlər.


Müxtəlif vaxtlarda keçirilmiş Barselona, Atlanta, Sidney, Afina, Pekin Yay Olimpiya oyunlarında medal qazanmış idmançılar sentyabrın 2-də Heydər Əliyev Fondunda olmuşlar.


İdmançılara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.


Olimpiyaçılar ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər. Görkəmli siyasi xadim Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərə xüsusi maraq göstərən idmaçılara məlumat verildi ki, ümummilli liderimiz idmanın inkişafına hər zaman böyük diqqət yetirmişdir.


Sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olimpiyaçılarla görüşdü.


Sindey Yay Olimpiya oyunlarının qalibi Zemfira Mehtahətdinova və Pekin Yay Olimpiya oyunlarının qalibi Elnur Məmmədli idmanın inkişafına göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya olimpiyaçılar adından minnətdarlıq etdilər.


Qeyd olundu ki, son illərdə dövlət səviyyəsində göstərilən qayğının sayəsində Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda qazandıqları qələbələr bunun nəticəsidir.


Olimpiya oyunlarında medal qazanmış idmançıların uşaqlar və gənclər üçün nümunə olduğunu vurğulayan Mehriban xanım Əliyeva olimpiyaçılarımızın uşaq evləri və internat məktəblərində məskunlaşmış uşaqlarla görüşlərinin təşkilinə dair təklif irəli sürdü. Fondun prezidenti bildirdi ki, bu cür görüşlər uşaqların idmana olan marağını artıracaqdır.


Sonda olimpiyaçılar Mehriban xanım Əliyeva ilə xatirə şəkli çəkdirdilər.


FOTO

Paylaş: