foto7.JPG
2 iyul 2007

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 23-cü Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb

İyulun 2-də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 23-cü Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları – Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova ilə görüşmüşdür.


Belə bir möhtəşəm idman tədbirinin Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətini qeyd edən Mehriban xanım Əliyeva, komanda yarışlarında Azərbaycan yığmasının bürünc medala layiq görülməsinin, habelə şəxsi birincilikdə Aliyə Qarayevanın Avropa çempionu adının qazanmasının böyük uğur olduğunu demişdir.


Yarışın yüksək səviyyədə təşkilinə toxunan Mehriban xanım Əliyeva demişdir ki, ölkəmizdə ilk dəfə təşkil olunan Avropa çempionatında 33 ölkədən 200-dən çox gimnast mübarizə aparmışdır. Sevindirici haldır ki, Azərbaycan komandası bu yarışda böyük uğurlar qazanmışdır.


Mehriban xanım Əliyeva idmançılarımıza yeni-yeni nailiyyətlər arzulamışdır.


FOTO