1.JPG
3 may 2007

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kuboku” ikinci beynəlxalq şahmat festivalının rəsmi açılışı olub

Mayın 3-də Bakı Əyləncə Mərkəzinin “Eliza” salonunda Heydər Əliyev Fondunun dəstəyi ilə ümummilli liderimizin xatirəsinə həsr olunmuş “Prezident kuboku” ikinci beynəlxalq şahmat festivalının rəsmi açılışı olmuşdur. 


İştirakçılar salonun foyesində dövlətimizin idmana qayğısını əks etdirən fotostendlərə böyük maraqla tamaşa etmişlər.


Festivalda 17 ölkədən 160-dək şahmatçının iştirak etdiyi bildirilmişdir. Qeyd edilmişdir ki, yarışda iştirak edən 53 xarici şahmatçıdan 26-sı beynəlxalq qrossmeysterdir.


Ümummilli lider Heydər Əliyevin respublikamızda idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişafına diqqət və qayğısını vurğulayan natiqlər, bu qayğının təzahürü kimi hazırda dünyanın ən güclü şahmatçıları sırasında iki həmyerlimizin - Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun adının çəkildiyini qeyd etmişlər. Prezident İlham Əliyevin ölkəmizdə şahmatın daha da inkişaf etdirilməsi ilə bağlı 2007-ci il aprelin 27-də müvafiq Sərəncam imzaladığı bildirilmiş və bu sənədin gələcək qələbələrimizə zəmin yaradacağı vurğulanmışdır.


Hollandiyalı şahmatçı Lyuk van Veyli iştirakçılar üçün yaradılmış şəraitə görə turnirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.


FOTO

Paylaş: