001.JPG
13 sentyabr 2012

Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş yeni stadion istifadəyə verilib

Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion sentyabrın 13-də istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

 

Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsdi. Məlumat verildi ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları vardır. Bildirildi ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər. Dünya Çempionatından sonra burada Azərbaycanın birinci divizionunun komandalarınını oyunları keçiriləcəkdir.

 

Mehriban Əliyeva Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşdü.

 

Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olundu. Mehriban Əliyeva milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atdı.

 

Sonda xatirə şəkli çəkdirildi.

 

Birinci xanım futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzuladı.



FOTO