26 avqust 2009

Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar İndoneziyanın Semaranq şəhərində keçirilmiş sərgidə nümayiş olunub

Azərbaycanın İndoneziyadakı səfirliyindən bildirmişlər ki, avqustun 21-dən 24-dək “Vidya Manqala İqtisadiyyat Məktəbi” (“Widya Manggala School of Economics”) və İndoneziyanın “Elm Jurnalı Mərkəzi”nin (“İndonesian Scientific Journal Centre”) təşkilatçılığı ilə Semaranq şəhərində İkinci ali təhsil jurnalı sərgisi keçirilmişdir. 

 

Sərgidə səfirlik tərəfindən təqdim olunmuş Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” bukletlər toplusu, “Azərbaycana qarşı müharibə - mədəni irsin hədəfə alınması” kitabları, səfirlik tərəfindən ingilis və İndoneziya dilində nəşr etdirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair kitablar, “Azərbaycan xalçaları”, “Turistlər üçün məlumat”, “İpək yolu və Azərbaycan”, “Xocalı soyqırımı” kitabları, “İşğal olunmuş ərazilərdə vəziyyət” məlumat toplusu və digər nəşrlər, eləcə də DVD-lər nümayiş etdirilmişdir.

 

Sərgi İndoneziyada təhsil, elm, ölkəşünaslıq və siyasi təhlil sahələrində ixtisaslaşmış xadimlər arasında tanınmış tədbirdi