9 noyabr 2012

Heydər Əliyev Fondunun türk dilində nəşr etdiyi Mir Cəlal Paşayevin kitabları Bursa Uludağ Universitetinin kitabxanasına hədiyyə edilib

Heydər Əliyev Fondunun nəfis tərtibatla türk dilində nəşr etdirdiyi görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin “Dirilən adam”, “Açıq kitab” romanları, “Göylər adamı”, “İdxal xəstəlik”, “Möhür və eşq” hekayələr kitabları Bursa Uludağ Universitetinin kitabxanasına hədiyyə edilib.


Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyindən bildirmişlər ki, Uludağ Universitetində başa çatmış beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş Azərbaycan stendi ilə tanışlıqdan sonra Mir Cəlal Paşayevin kitablarının 100 nüsxəsi universitet kitabxanasının müdirinə təqdim edilmişdir.