02.jpg
7 oktyabr 2010

Frankfurt Beynəlxalq Kitab Yarmarkasında “Azərbaycan – canlı alov” kitabının təqdimat mərasimi keçirilib

2010-cu il  oktyabrın 7-də Almaniyanın Frankfurt şəhərində hər il təşkil olunan Beynəlxalq Kitab Yarmarkasında tanınmış rumın yazıçısı və dramaturqu, Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qarbeanın “Azərbaycan – canlı alov” (“Azerbaijan – The Living Flame”) kitabının təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə üç dildə (alman, ingilis və rumın) çap olunmuş kitab Rumıniya Mədəniyyət Nazirliyinin stendində nümayiş etdirilib.


Kitabda müəllifin Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlarla yanaşı, Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti, o cümlədən, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumatlar öz əksini tapıb.


Kitabın sonunda H.Qarbeanın Şuşa, Xocalı soyqırımı və Quba məzarlığı haqqında şeirləri də verilib.


Oktyabrın 15-də kitabın təqdimat mərasimi ilə bağlı Rumıniyanın “TVR Cultural” televiziya kanalında Buxarest Yazıçılar Assosiasiyasının sədri H.Qarbeanın iştirakı ilə veriliş efirə gedib. 


FOTO