01_finlandiya-kitabxana.jpg
27 aprel 2013

Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar Helsinki Mərkəzi Kitabxanasına təqdim edilib

Aprelin 26-da Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) təşəbbüsü və təşkilatçılığı ilə Helsinki Mərkəzi Kitabxanasına Azərbaycan haqqında kitablar, həmçinin muğamlarımız, caz musiqisi, xalq mahnıları olan CD-disklər təqdim edilib.


Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyinin nəşr etdirdiyi kitablar ölkəmizin mədəniyyəti, incəsənəti, tarixi və turizm imkanlarına həsr olunub. Nəşrlər üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap edilib.


Helsinki Mərkəzi Kitabxanasının xarici dillərdə ədəbiyyat bölməsinin əməkdaşı Antti Makinen hazırda kitabxanada Azərbaycanla bağlı onlarla kitabın mövcud olduğunu bildirib. O deyib ki, kitabxananın daxili qaydalarına uyğun olaraq,  kitablar əsasən oxucuların sorğuları əsasında əldə edilir. A.Makinen hazırda Azərbaycanın müxtəlif dillərdə bədii ədəbiyyatı ilə maraqlananların çoxluq təşkil etdiyini bildirib.


Paylaş: