gabusname.jpg
10 may 2014

Heydər Əliyev Fondu “Qabusnamə” kitabını nəşr edib

Heydər Əliyev Fondu 2009-cu ildə rus dilində nəşr etdiyi “Qabusnamə” kitabını yenidən Azərbaycan və rus dillərində nəşr edib.

 

Bir çox Şərq ölkələrində məşhur olan kitabın bu nəşri Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunub.

 

“Qabusnamə” tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali Keykavus oğlu Gilanşaha müraciətlə yazıb.

 

Nəsihət janrında yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından ibarətdir.

 

“Qabusnamə” orta əsrlərdə hökmdarların, din xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu əsər əsrlər boyu gənc nəslin tərbiyəsində mühüm rol oynayıb.


Paylaş: