1400586014.jpg
20 may 2014

Heydər Əliyev Fondunun 10 illik fəaliyyətini əks etdirən kitab-albom nəşr edilib

Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə qurumun 2004-2014-cü illərdəki fəaliyyətini əks etdirən kitab-albom nəşr edilib.

 

Kitab-albom Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sözləri ilə başlayır.

 

Daha sonra nəşrin girişində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilir.

 

Kitab-albomda Heydər Əliyev Fondunun yaranmasından, məqsədlərindən bəhs edilir və 2004-2014 cü illər ərzində Fondun müxtəlif sahələr üzrə həyata keçirdiyi layihələr fotoşəkillər ilə birlikdə təqdim olunur.


VİDEO