10 iyun 2014

Heydər Əliyev Fondunun təşəbbüsü ilə görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu haqqında kitab hazırlanır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur rusiyalı yazıçı-tədqiqatçı Rudolf İvanov görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov haqqında tədqiqat əsəri yazacaq. Hazırda müəllif bu məqsədlə materiallar toplayır.

 

Bu işdə müəllifə Nəriman Nərimanovun ev-muzeyi də yardım edir. Artıq muzey tərəfindən görkəmli siyasətçi və dövlət xadiminin “Oğluma bitməmiş məktub”unun əlyazmasının surəti və məzmunu, Nəcəf Nərimanovun 1942-ci ildə cəbhədə, hərbi geyimdə çəkilmiş fotoşəkli Rudolf İvanova göndərilib.


Paylaş: