27.JPG
19 sentyabr 2016

Parisdə “Azərbaycan mətbəx mədəniyyəti” kitabının təqdimatı olub

Sentyabrın 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

 

Paytaxt Parisdə Eyfel qülləsinin yanındakı Jofr meydanında təşkil olunan “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasiminə, həmçinin Fransanın tanınmış ictimai-siyasi xadimləri qatılıblar.

 

Tədbir  çərçivəsində  Heydər Əliyev Fondunun daha bir yeni nəşrinin - “Azərbaycan mətbəx mədəniyyəti” adlı kitabın təqdimatı da olub. Kitab fransız dilində çap edilib, fotoların müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmanndır. Nəşrdə Azərbaycanın milli mətbəxinin tarixi kökləri və zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, “Azərbaycan mətbəx mədəniyyəti” kitabı ilk dəfə 2015-ci ildə  ingilis dilində nəşr edilib.