img_7143.jpg
9 iyun 2009

Heydər Əliyev Fondu dünya şöhrətli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” kitabını latın qrafikası ilə yenidən nəşr edib

Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” kitabını latın qrafikası ilə yenidən nəşr etmişdir.


Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsərlərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. Mütəfəkkir alimin anadan olmasının 800 illik yubileyi ərəfəsində ümummilli lider 13 iyun 2000-ci il tarixli fərmanı ilə yubileyin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlərdən biri kimi qeyd etmişdi.


Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanmışdır.


Nəfis tərtibatla, rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.


Kitabın fars dilindən tərcüməsi, giriş və şərhi Rəhim Sultanova məxsusdur.