9 oktyabr 2008

Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş “Mir Cəlal - 100” fotoalbomu nəşr edilib

Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş “Mir Cəlal - 100” fotoalbomu nəşr edilmişdir. Kitabın ilk səhifəsində filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevanın Mir Cəlal Paşayev dünyası, görkəmli alimin həyat və yaradıcılığı haqqındakı düşüncələri yer almışdır. Nərgiz xanım Paşayevanın da qeyd etdiyi kimi “Bu kitabda gedənlərlə qalanlar bir məkanda və zamanda fotoşəkillərdə əks edilmişlər”.


Kitab görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, müxtəlif tədbirlərdə, mərasimlərdə, ailə üzvləri və dostları ilə çəkdirdiyi şəkilllərlə zəngindir.


Kitabın tərtibçisi Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır.