Безимени-1.jpg
10 oktyabr 2008

Heydər Əliyev Fondu Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında buklet nəşr edib

Heydər Əliyev Fondu Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında buklet nəşr etmişdir.


Bukletdə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verilir.


Qeyd olunur ki, kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub.


Muzey Kompleksi qədim və orta əsrlərdən üzü bəri sakinlərin məişəti, təsərrüfatı, sənətkarlıqları haqqında ətraflı məlumat almağa imkan verir.


Bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizdə turizmin inkişafına xidmət edəcəkdir.