7 fevral 2011

Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan xalçaları” kataloqu nəşr edilib

Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan xalçaları” kataloqu nəşr edilmişdir.


Nəfis tərtibatla Azərbaycan ictimaiyyətinə təqdim olunmuş kataloqun birinci səhifəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Xalçalar hər bir azərbaycanlı üçün həyatın ayrılmaz hissəsidir. Zənnimcə, qədim xalçalar muzeylərdə olmalıdır” - sözləri ilə açılır.

 

Kataloqda Azərbaycan xalçaçılıq sənətinin inkişaf mərhələləri barədə yığcam məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir. Orta əsr italyan, holland, flamand rəssamları - Hans Memlinq, Karlo Krivelli, Tomas de Keyzer öz əsərlərində Quba və Şirvan xalçalarını təsvir etmişlər.

 

Kataloqda Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Naxçıvan və Təbriz xalçaçılıq məktəbləri haqqında dəyərli fikirlər, eləcə də “Muğan”, “Çələbi”, Faxralı”, “Çıraqlı” xalçalarının fotoşəkli yer almışdır.


Paylaş: