Xəzər rayonunun Şüvəlan qəsəbəsində 31 nömrəli birləşmiş şəhər xəstəxanası

  • Layihə
  • Foto

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 31 nömrəli birləşmiş şəhər xəstəxanası “Bakı şəhərinin kənd və qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub. XX əsrin 50-ci illərində əsası qoyulmuş xəstəxana binası tamamilə yararsız vəziyyətə düşdüyündən 2005-ci ilin noyabrından əsaslı təmirə dayandırılıb. 2006-cı il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xəstəxananın açılışında iştirak ediblər.


Tamamilə yenidən qurulmuş xəstəxana 25 çarpayılıqdır. Xəstəxana Amerika istehsalı olan rentgen, ultrasəs müalicəsi aparatları və digər müasir avadanlıqla təchiz edilib. Burada ginekologiya, rentgen şöbələri yaradılıb, yeni qazanxana, camaşırxana, mətbəx tikilib, istilik sistemi tamamilə yenidən qurulub. Xəstəxanada poliklinika da fəaliyyət göstərir.


Xəstəxana Şüvəlanın beş mindən çox əhalisinə və qəsəbədə müvəqqəti məskunlaşmış 1535 məcburi köçkünə xidmət göstərir. 



Say.jpg