Romada Nizami Gəncəvinin abidəsi

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılıb. Layihə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən, şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində həyata keçirilib.


2012-ci il aprelin 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və   Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri xanım Serena Forni abidənin açılışında iştirak ediblər.


Abidənin müəllifləri Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən təsdiqlənib.



001.JPG
002.JPG
003.JPG
004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG