2012-ci il aprelin 21-də Romada “Auditorium della Musika” konsert kompleksində Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizin İtaliyadakı səfirliyinin və Roma şəhər meriyasının dəstəyi ilə Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı mərasim təşkil olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Roma şəhərinin meri Gianni Alemanno mərasimdə iştirak ediblər.
Tədbirdə Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
Qeyd edək ki, İtaliyada Azərbaycan Mədəniyyəti Günləri aprelin 16-da Turin şəhərinin möhtəşəm Kariniano Teatrında start götürüb. Daha sonra Milan və Venesiya şəhərlərində keçirilən mədəniyyət tədbirlərinə son olaraq paytaxt Romada yekun vurulub.