2012-ci il oktyabrın 27-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin məşhur “Salle Pleyel” sarayında Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva, Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düpon, Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri konsert proqramı ilə çıxış ediblər.