Bakıda “Fransa inciləri” sərgisi

  • Layihə
  • Foto


2012-ci il martın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, ziyalılar, ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri sərginin açılış mərasimində iştirak ediblər.


Sərgidə Luvr və Orse muzeylərində, Versal sarayında, Pompidu Mərkəzində, Marsel, Lion, Nitsa və digər şəhərlərdəki muzeylərdə sərgilənən əsərlər nümayiş olunub. Sərgidə Edqar Deqa, Ogüst Roden, Anri Tuluz-Lotrek, Jan Batist Simeon Şarden, Ejen Delakrua, Ogüst Renuar kimi məşhur rəssamların əsərləri də təqdim olunmuşdur. Burada intibah dövründən başlayaraq müasir yaradıcılıq mərhələsinə qədər Fransa mədəniyyətini əks etdirən 400-dək nadir əsər sərgilənmişdir.

 

 

001.JPG
002.JPG
003.JPG
004.JPG
005.jpg
006.JPG
007.JPG
008.JPG
009.jpg
010.JPG
011.JPG
012.jpg
013.JPG