2012-ci il oktyabrın 11-dən noyabrın 11-dək Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun, MİM-in, “Statoil” şirkətinin birgə layihəsi çərçivəsində “Statoil”un Azərbaycandakı fəaliyyətinin 20 illik yubileyi münasibətilə onun incəsənət kolleksiyasından olan müasir əsərlərdən ibarət “Üz-üzə” (“Face to Face”) adlı portret sərgisi keçirilib. Sərgidə 10 müxtəlif ölkəni təmsil edən 16 fotoqraf, heykəltəraş və rəssamın 63 əsəri nümayiş etdirilib.