2012-ci ilin fevralında Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda respublika rəsm sərgisi keçirilib. Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə təşkil etdiyi sərgiyə 1200-dən artıq rəsm işi təqdim olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə Vətənə sədaqət və məhəbbət hissini gücləndirmək məqsədi ilə təşkil olunmuşdur.