“İntizar” operası

  • Layihə
  • Foto


2010-cu il mayın 11-də Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası yeni quruluşda ictimaiyyətə təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva operaya tamaşa ediblər.


Operanın yeni quruluşunun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, onun hazırlanmasında beynəlxalq bədii heyət iştirak etmişdir. Eyni zamanda tamaşanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilmişdir.


Librettonun müəllifi “Üns” yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Tamaşanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.


 

IRA_2532.JPG
IRA_2520.JPG
IRA_2594.JPG