2013-cü il martın 5-də Heydər Əliyev Fondunun, Azərbaycanın İtaliyadakı səfirliyinin və “Baku” jurnalının ingilisdilli versiyasının birgə təşkilatçılığı ilə Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub.
Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Roma ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət adamları iştirak ediblər.
Sərgidə Azərbaycanın 21 tanınmış gənc rəssamının boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında 100-dən çox əsəri təqdim olunub.
Sərgiyə gələn qonaqlara buradakı rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə edilib.
Sərgi martın 26-dək davam edib.
7 mart 2013
İtaliyanın nüfuzlu “Messaggero” qəzetinin əlavəsi olan “Kronaka di Roma”nın 7 mart tarixli nömrəsində Romada “Bakıya uçuş” sərgisinin açılışına həsr olunmuş məqalə dərc edilmişdir.Jurnalist Roberta Petroniyanın “Yüz əsər. “Maxxi”də Azərbaycana həsr olunmuş “Bakıya uçuş” sərgisinə gələn çoxlu sayda insan. İncəsənət yüksəlişdə” sərlövhəli məqaləsində vurğulanır...