2013-cü il mayın 2-də Fransanın Van şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində sərgi və konsert təşkil olunub.
Sərgidə xalqımızın tarixi, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunub. Sərgiyə gələnlərə Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri paylanıb.
Sonda caz musiqisi səsləndirilib.