Bakıda “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi

  • Layihə
  • Foto


2013-cü il dekabrın 27-də Bakıda Heydər Əliyev Mərkəzində “Baku” jurnalının və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı olub.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, “Bakıya uçuş” layihəsinin ideya müəllifi Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

 

Sərgidə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 rəssamının 100-dən artıq əsəri nümayiş etdirilir.

 

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən sərgi yerli sakinlərin böyük marağına səbəb olub.

 

“Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” yekun sərgisi 2014-cü il martın 1-dək davam edib.



Paylaş:

001.jpg
002.jpg
003.jpg
004.jpg
005.jpg
006.jpg
007.jpg
008.jpg
009.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg