“Tullantıdan sənətə” muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb.
2015-ci il iyunun 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva muzeyin açılışında iştirak edib.
Muzeydə “Tullantıdan sənətə” Beynəlxalq sərgisində nümayiş olunan əsərlər sərgilənir.